Sürət qutusunun ömrünü necə uzatmaq olar? | Soyuq havalarda nə etməli?

Avtomat sürət qutusunun ömrünü uzadaraq böyük xərcdən necə qurtulmaq olar?

İsti mövsüm artıq bitdi və səfərdən əvvəl maşının bəzi komponentlərinin qızdırmaq lazım olduğu barədə düşünməlisiniz.  Ancaq əksəriyyət mühərrikin qızdırılması ilə işin bitdiyini düşünür və sürət qutusunun qızıdırılmağa ehtiyacı olduğunu heç ağılına gətirmir.

Sürət qutusunun qızması mühərrikə nəzərən daha çox vaxt tələb edir,çünki o, yalnız dişlərin və muftanın sürtünməsi səbəbindən qızır.Mühərriki qızıdırıb yola düşdükdən sonra bir qədər asta və rəvan hərəkət (плавное движение) etməyə çalışmalısınız.

Sürət qutusunda mayenin normal temperaturu 50 ilə 90°C arasındadır.Hərəkətə başlayan kimi avtomobilə çox güc versəniz sürət qutusunun və kipkəclərin ömrünü azaltmış olarsınız. 

Sürət qutusunu avtomobil yerində dayandıqda da qızdırmaq olar.Bunu etmək üçün əyləci basılı saxlayaraq selektoru D və ya R vəziyyətinə keçirib,bu rejimdə bir-iki dəqiqə işlədə bilərsiniz.

Sürət qutusu bir çox səbəblərdən sıradan çıxa bilər,bu səbəblərdən sadəcə biridir.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın