İnzibati Xətalar Məcəlləsinin (İXM) 8-ci maddəsində sürücü hansı hallarda təqsirsiz hesab edilirsə açıq şəkildə qeyd olunmuşdur.

Maddə ilə tanış olaq:

Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

Saytımızın #AvtoQanun bölməsindən sizlər üçün faydalı olacaq bir çox məqalə ilə tanış ola bilərsiniz.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

2 Comments

Bir cavab yazın