Sürücülər yollarda bilərəkdən və ya bilməyərəkdən bəzən sürət həddini aşır.Sürət həddini aşmağımız özümüz və digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün yol verilməzdir.
Bildiyiniz kimi son günlərdə paytaxtımızın bəzi yollarında sürət həddləri aşağı salınıb, yollarda ehtiyatlı olmaqda fayda var.
Bəs sürət həddinə görə cərimələr nə qədər nəzərdə tutulub?
Maddə 328. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma
328.1. | Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə | on manat | – |
328.2. | Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə | əlli manat | 2 bal |
328.3. | Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə | yüz əlli manat | 3 bal |
328.4. | Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat həddindən artıq aşmağa gör | iki yüz əlli manat | 4 bal |